Goranboyda ov tüfəngi ilə qətl törədən şəxs saxlanılıb.
Goranboy rayonunun Bağçakürd kəndində 31 yaşlı Orxan Həsənov ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Qələndər Muradovu qətlə yetirib.
Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O. Həsənov saxlanılıb.
O.Həsənovun əqli qüsurlu olduğu bildirilir.
***
13.26
Goranboyda güllələnmə hadisəsi baş verib.
Rayon sakini 1952-il il təvəllüdlü Qəıəndər Muradov 1995-ci il təvəllüdlü Orxan Həsənov tərəfindən odlu silahdan açılan atəşlə öldürülüb.
Faktla bağlı araşdırma aparılır.








