RU
15 ildir “Bu nömrəyə zəng çatmır” deyən xanım üzə çıxdı — VİDEO + FOTO
12:30
854

15 ildir “Bu nömrəyə zəng çatmır” deyən xanım üzə çıxdı — VİDEO + FOTO

15 ildir səsini tanıyıb sevdiyimiz və abonentə zəng çatmayanda, bir az da qarasınca deyindiyimiz xanımın siması ilk dəfə görüntülənib.

7news.Az Axar.az-a istinadən xəbər verir ki, Azercell mobil operatorunun avtocavablarını səsləndirən xanımın Facebook sosial şəbəkəsində maraqlı videosu paylaşılıb.

Facebook istifadəçilərinin paylaşdığı videoda adı Seva kimi təqdim edilən xanım "bu nömrəyə zəng çatmır, telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir” sözlərini deyir.

Qeyd edək ki, bu xanım 15 ildir fəaliyyət göstərən Azercell-in avtocavaba qoyulan mesajını səsləndirən ilk xanımdır.


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ