RU
Yaponiyada 200 mindən çox toyuq məhv edilir - SƏBƏB
13:50
24

Yaponiyada 200 mindən çox toyuq məhv edilir - SƏBƏB

Yaponiyanın Şimali Aomori prefekturasının hakimiyyəti regionda quş qripi epidemiyasının aşkarlanmasından sonra 230 min toyuğun məhv edilməsinə başlayıb.

Bu barədə "Kyodo" agentliyi məlumat verib.

Bildirilib ki, ərazidəki 32 quşçuluq fermasının ətrafında 10 kilometr radiusda qadağan olunmuş zonalar yaradılıb.

Mütəxəssislər xəstəliyin yayılmasından və bunun ciddi iqtisadi nəticələrə səbəb ola biləcəyindən ehtiyat edirlər. Xüsusilə 2023-cü ildə quş qripi epidemiyası səbəbindən toyuqların kütləvi şəkildə məhv edilməsi Yaponiyada toyuq yumurtası qiymətinin 1991-ci ildən bəri ən böyük artımına səbəb olub. Həmin vaxt yumurta əvvəlki ilə nisbətən 76% artaraq, istehlak bazarını sarsıdıb. Tokiodakı bəzi supermarketlərdə hətta toyuq yumurtasının alınmasına məhdudiyyətlər də tətbiq edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ