RU
16 ildir hakimiyyətdə olan Angela Merkel təntənəli yola salınacaq
20:20
719

16 ildir hakimiyyətdə olan Angela Merkel təntənəli yola salınacaq

Almaniyanın keçmiş kansleri Angela Merkelin hakimiyyətinin başa çatması münasibəti ilə dekabrın 2-də axşam saatlarında Berlində onun şərəfinə hərbi mərasim keçiriləcək.

7NEWS.Az "CNNTurk”ə istinadən xəbər verir ki, mərasim Almaniya Müdafiə Nazirliyinin bağında reallaşacaq.

Almaniyada Prussiya imperatorluğu zamanından etibarən, 1838-ci ildən yüksək rütbəli hərbçilərin və sonralar siyasətçilərin vida mərasimləri təntənəli keçirilir.

Qeyd edək ki, 67 yaşlı Angela Merkel 2005-ci il noyabrın 22-dən 2021-ci il noyabrın 26-dək Almaniyanın kansleri olub.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ