RU
lombard
17 dərəcə isti, külək, duman
12:45
329

17 dərəcə isti, külək, duman

Noyabrın 27-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, sabah havanın temperaturu gecə 7-10 dərəcə, gündüz 13-16 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarda çiskin olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu Aran rayonlarında gecə 1-6 dərəcə, gündüz 12-17 dərəcə, dağlıq rayonlarda gecə 3-8 dərəcə, gündüz 10-15 dərəcə isti olacaq.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ