RU
18 yaşlı şəhidin FOTOSU...
10:30
793

18 yaşlı şəhidin FOTOSU...

İyunun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində yerləşən mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşi açıb və hücuma keçməyə cəhd göstəriblər. Döyüş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçularından 3 nəfər şəhid olub, 4 nəfər yaralanıb.

Düşmən hücumunun qarşısını alarkən əsgər Xəyyam Məhəmməd oğlu Daşdəmirov ağır yaralanıb. Həkimlərin səyinə baxmayaraq əsgəri xilas etmək mümkün olmayıb. 

2002-ci ildə anadan olmuş Xəyyam Daşdəmirov  İsmayıllı rayonunun Bilik kəndindən hərbi  xidmətə çağırılıb.  O, hərbi xidmətə 3 ay öncə yollanıb.  

Artıq 18 yaşlı əsgərimizin nəşi dəfn edilmək üçün doğma kəndinə gətirilib. 

Daşdəmirovun özündən kiçik bir qardaşı var. 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ