Türkiyənin Şanlıurfa şəhərində kəndçilər arasında 2 nəfərin ölümüylə nəticələnən dəhşətli dava baş verib.
7News.Az-ın "Sabah TV"yə istinadən verdiyi məlumata görə, hadisə iki qohum ailə arasında olub.
Silahlı insident tövlə tikmək üstündə olub. Nəticədə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Davanın dəhşətli videosu ortaya çıxıb. Kadrlarda yerdə uzanan yaralılar, davada tərəfləri ayırmağa çalışan qadınlar, polislərin silahla müdaxiləsi əks olunub.
Telefon vasitəsilə qeydə alınan görüntüləri təqdim edirik:
7News.Az








