RU
2 Pakistan təyyarəsi toqquşmanın astanasından geri döndü
22:10
759

2 Pakistan təyyarəsi toqquşmanın astanasından geri döndü

Pakistan Beynəlxalq Hava Yollarına məxsus 2 təyyarə İranın hava məkanında eyni hündürlükdə uçarkən az qala havada toqquşacaqmış.

İslamabaddan Dubaya "Boeing 777" təyyarəsininDohadan Pişəvərə gedən "Airbus A320" Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) sərhədi yaxınlığında qəzadan güclə yayınıblar. Buna səbəb İran hava nəqliyyatı dispetçerlərinin ehtimal olunan səhlənkarlığı olub.

İddialara görə, İran hər iki Pakistan aviadaşıyıcısına eyni vaxtda uçmağa icazə verib.

"Boeing 777" 35.000 fut və "Airbus A320" 36.000 fut yüksəklikdə uçarkən bir-birinə təhlükəli şəkildə yaxınlaşıb.

Bu zaman təyyarələrdə quraşdırılmış toqquşmadan yayınma sistemi həyəcan siqnalı verib və digəri daha da yüksəklərə qalxarkən təyyarəyə enmə əmri verilib.

Pakistan aviaşirkətinin sözçüsü bildirib ki, milli aviadaşıyıcı İranın müvafiq orqanlarına məsələnin araşdırılmasını xahiş edən məktub göndərir./yenisabah
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ