RU
20 ton zibilin içindən həyat yoldaşının üzüklərini tapıb
16:35
27

20 ton zibilin içindən həyat yoldaşının üzüklərini tapıb


7NEWS.az xəbər verir ki, ABŞ-ın Nyu-Hempşir ştatında yaşayan Sindi Batler noyabrın 23-də nişan üzüyünü və toy üzüyünü təmizləyib, qurutmaq üçün salfetə büküb və mətbəx piştaxtasına qoyub. Sindi az sonra üzüklərini axtarmağa başlayanda əri Kevin salfetləri zibil qutusuna atdığını və zibil qutusunu transfer stansiyasına apardığını söylədi. Zərgərlik əşyalarının zibil qutusunda ola biləcəyini təxmin edən Kevin sürətlə zibil daşıma məntəqəsinə yollandı. Şükran gününə az qalmış ən sıx vaxtını keçirən stansiyada zibil torbalarının qalaqları arasında üzüyünü necə tapacağını düşünən Butlerin köməyinə stansiya rəhbərlərindən Dennis Senibaldi gəlib. Təhlükəsizlik kamerası görüntüləri araşdırıldıqdan sonra Butlerin zibil torbasını hara atdığı müəyyənləşib. Sözügedən çantanı yandırma zavoduna aparacaq vasitə az fərqlə tutuldu.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ