RU
Xadiməsi dünya ulduzunu məhkəməyə verdi - SƏBƏB
12:40
23

Xadiməsi dünya ulduzunu məhkəməyə verdi - SƏBƏB

Dünyaca məşhur müğənni Kayli Cennerin evində işləyən təmizlikçi xanım sənətçini məhkəməyə verib.
 
7News.Az xarici mətbuata istinadən xəbər verir ki, xadimə buna səbəb kimi ulduzun milliyyətə və dini inanclara görə ayrı-seçkilik etməsini göstərib.
 
Salvador əsilli və katolik olan xadimə Anjelika Vaskes işdə olduğu müddətdə sistematik şəkildə pis rəftar gördüyünü iddia edib.
 
O, bildirir ki, ona daim ən çətin və arzuolunmaz tapşırıqlar verilib, digər işçilər tərəfindən təcrid olunub, ləhcəsi və dini inanclarına görə lağa qoyulub.
 
Vaskes həmçinin iddia edir ki, o, təkcə Kayli Cennerin evində deyil, həm də aktyor Timoti Çalameti də daxil olmaqla digər evlərdə də işləməyə məcbur edilib.
 
Xadimənin sözlərinə görə, bunun üçün ona əlavə iş saatlarının məvacibi ödənilməyib və bəzi xərcləri qarşılanmayıb.
  
Kayli Cennerin özü birbaşa ayrı-seçkilikdə ittiham olunmasa da, o, iddiada işçisinə qarşı bu davranışlara göz yumduğuna və müdaxilə etmədiyinə görə məsuliyyət daşıyır.
 
Vaskes bildirib ki, keçirdiyi ağır gnlər səbəbindən ciddi psixoloji problemlər yaşayıb, narahatlıq və travma sonrası stress pozğunluğu simptomları aşkarlanıb.  İşçi iddia etdiyi zərərə görə maddi və mənəvi təzminat tələb edir.
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ