Ağcabədi rayonunda Ümumreapublika turniri keçirilib

Ağcabədi rayonunda Ümumreapublika turniri keçirilib

Ağcabədi rayonunda "Kempo-Full" üzrə "28 may Respublika günü"nə həsr olunmuş Ümumreapublika turniri keçirilib.Turnir Ağcabədi rayon Gənclər və İdman baş idarəsi, Şərq Döyüş növləri və "Toğrul"şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə həyata keçirilib. Kempo təşkilatının mətbuat xidməti rəhbəri Fuad Rəsulun verdiyi məlumata görə, turnirdə 16 klub, rayon və idman təkilatlarından 240-a yaxın idmançı iştirak edərək öz güclərini sınayıblar.Turnirdə “Beynəlxalq Kempo Federasiya”sının Azərbaycanda rəsmi səlahiyyətli nümayəndəsi Rauf İbrahimov çıxış edərək bu gün dövlət rəhbərliyinin, Gənclər və İdman nazirliyinin idmana olan qayğısından söz açaraq qeyd edib ki, müharibə şəraitində yaşayan Azərbaycanda belə idman növlərinin geniş təbliğatı çox vacibdir. Çünkü bu günün gəncləri belə bir döyüş növləri ilə məşqul olaraq sabaha hazır əsgər yetişməlidir. Turnirdə Dövlət sərhəd xidmətinin əməkdaşı Anar Heydərquliyev də çıxış edərək "Kempo" döyüş növünün güc strukturlarında nə qədər vacib olduğu haqda fikirlərini bölüşüb. Sonda yarışda fərqlənən yeniyetmə idmançılara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

 

Xəbər lenti