RU
lombard
Nardaranda son vəziyyət
20:18
829

Nardaranda son vəziyyət

Nardaranda vəziyyət dəyişməz olaraq qalır.

7news.az Trend-ə istinadən məlumatına görə, bu gün rayon rəhbərliyi ilə görüşən ağsaqqalların danışıqlarında ümumi məxrəcə gəlinmədiyi üçün, kənd sakinləri hələ də meydanı tərk etməyiblər. Kənd sakinləri ötən gün qarşıdurma zamanı öldürülənlərin meyitlərinin kəndə gətiriləcəyini gözləyirlər.

Kənddə abonentlərin borcu olduğu üçün elektrik enerjisinin verilişi dayandırılıb. Meydana toplaşan kənd sakinləri tonqal yandıraraq ətrafında yığılıblar.

Nardaran qəsəbəsinin giriş və çıxışı dünən olduğu kimi bu gün də ciddi nəzarətdədir, qəsəbəyə daxil olan avtomobillər yoxlanılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ