RU
“Azəravtoyol”dan sürücülərə – XƏBƏRDARLIQ
12:00
548

“Azəravtoyol”dan sürücülərə – XƏBƏRDARLIQ

"Azəravtoyol” ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədilə yol-cizgi və yolgöstərici xətlərin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.

ASC-dən 7news.Az-a verilən məlumata görə, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 11-71-ci kilometrlik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.

Adıçəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq, sürücülərdən diqqətli olmaları xahiş olunur.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ