Dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçiriləcək.
Dövlət İmtahan Mərkəzindən 7news.Az-a verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 8 və 16 may tarixlərində keçiriləcək.
İmtahan saat 10:00-da başlayacaq.
7news.Az







