7NEWS.az xəbər verir ki, Yaponiyanın Hokkaydo prefekturasının Cənubi Tokaçi bölgəsində 6,2 bal gücündə zəlzələ baş verib. Təxminən 80 kilometr dərinlikdə baş verən zəlzələ sunamiyə səbəb olmayıb. Xarici KİV-in məlumatına görə, ilkin qiymətləndirmələr tələfat və ya böyük dağıntıların olmadığını bildirsə də, ekspertlər bölgədə təkrar təkanlar barədə xəbərdarlıq ediblər. Yaponiyanın zəlzələ zonasında yerləşdiyini nəzərə alsaq, oxşar təkanların davam edəcəyi gözlənilir.








