RU
Vilayət Eyvazovdan yeni - TƏYİNAT
09:45
389

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

7News.Az-ın məlumatına görə, bununla bağlı müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şahlar Cəfərov Tovuz Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

Qeyd edək ki, bir müddət əvvəl Tovuz RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini Elçin Əsgərov rayonun Regional Mühafizə İdarəsinə rəis təyin edilib.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ