Kənd yumurtaları alarkən diqqətli olun!

Kənd yumurtaları alarkən diqqətli olun!
Yumurta qida dəyərinə görə yüksək keyfiyyətli və orqanizm tərəfindən 97-98% mənimsənilən ərzaq məhsuludur. Yumurtanın tərkibində dəyərli zülallar, yağlar, lesitinlər, vitaminlər və mineral maddələr vardır.

7News.Az-ın Qida Təhlükəsizliyi Agentliyinin apardığı araşdırmalara istinadən verdiyi məlumata görə, heyvan mənşəli qida qrupuna daxil olan yumurtada bir sıra risk qrupları var. Bu risklərə nəinki mikroorqanizmlərlə, həmçinin qida alergiyaları da daxildir.

Yumurta alarkən aşağıdakı qaydalara diqqət etmək lazımdır:

• Yumurta alarkən ilk növbədə yumurtanın təzəliyini təsdiq edən etiketlərə diqqət yetirməliyik;
• Yumurtanın orqanoleptik göstəricilərinə diqqət edilməlidir;
• Yumurtaların üzərində yumurtlama tarixini göstərən ştamp vurulmalıdır;
• Çatlaq və qırıq yumurtaları almaq olmaz, çünki belə yumurtalarda mikroorqanizmlərlə yoluxma riski yüksəkdir;
• Kənd yumurtalarının çoxu eyni ölçüdə olmamalıdır;
• Yumurtanın qablaşdırılmasında istifadə olunan materiallar zədələnməmiş, quru, təmiz olmalı və onlardan kənar qoxu gəlməməlidir.

Yumurta istifadə edərkən isə aşağıdakılara diqqət etməliyik:

• Yumurtanın ağı və sarısında mikroorqanizmlərin aşkar olunması ehtimalını nəzərə alsaq, yumurta çiy və yarıbişmiş halda istehlak edilməməlidir. Çiy yumurtanın həm də həzm olunması çətindir;
• Sarısı və ağı qismən qarışmış, kənar qoxusu olan yumurta, qabığının altında səthinin 1/8 hissəsini təşkil edən bir və ya bir neçə tünd ləkəsi olan və sarısı quruyub qabığına yapışmış yumurtalar keyfiyyətsiz sayılır;
• Yumurtanın ağı duru, şəffaf, eynicinsli, təmiz, ləkəsiz və kənar qatqılarsız olmalıdır;
• Yumurtanın sarısı yığcam, rəngi açıq sarıdan narıncıya qədər, dadı və iyi xoşagələn olmalıdır. Belə göstəricilər onun təzə olmasının əlamətidir.
 

7News.Az

Xəbər lenti

da, xüsusən də ittifaq respublikalarında baş verən etirazların, həmçinin, Bakıda baş verən aksiyaların zorakılıqla yatırılmasına göstəriş verdiyi üçün bir çoxlarına görə Qorbaçov sadəcə uğursuz islahatçı və şovinist idi. SSRİ-yə sadiq siyasətçilər isə onu satılmış siyasətçi adlandırır.

Bu versiyanı sübut edən amillərdən biri də Qorbaçovun irəli sürdüyü islahat proqramlarının uğursuz olması, yaranmış nisbi yumşalmanın doğurduğu tələblərin zorakılıqla yatırılması idi. Faktiki olaraq Qorbaçov qeyri-müəyyən, irəli sürdüyü proqramların nəticəsini hesablaya bilməyən və ya bildiyi halda, baş verənlərə şərait yaradan avantürist idi.

Hakimiyyətə gəldiyi ilk illərdə onun alkoqol əleyhinə kampaniyası, rüşvətxorluq və yeyinti hallarına qarşı başlatdığı həbslər rəğbət doğururdu. Bir qədər sonra isə \\"aşkarlıq” və \\"yenidənqurma” kampaniyaları başlandı, SSRİ-də oğurluqla əldə olunan qazancların bir formada leqallaşması prosesinə start verildi, kooperativ hərəkatı başladı.

Ancaq yaranmış vəziyyət tezliklə əks nəticə verdi, əzaq qıtlığı baş verdi, həmçinin, yaranmış nisbi yumşalma ilə paralel olaraq, əsasən, ittifaq respublikalarında etirazlar, etnik münaqişələr alovlandı. Və bu zaman Kreml proseslərə obyektiv və lazımi reaksiyanı verə bilmədi.

Qərblə mütəmadi danışıqlarda olan Qorbaçov Sovet Ordusunu Şərqi Avropadan geri çəkdi, Almaniyanın birləşməsinə şərait yaratdı, lakin daxildə baş verən çağırışlara daha sərt reaksiya verdi. Almatı, Tbilisi və nəhayət, Bakıda etirazları yatırmaq üçün zorakılığa əl atdı.

1990-cı ildə Mixail Qorbaçov SSRİ-dən \\"qan tökmədən” dəyişikliklərə nail olduğuna görə, Nobel Sülh mükafatına layiq görülüb. Bir ildən sonra 1991-ci il dekabrın 25-də isə SSRİ rəsmən ləğv olunduqdan sonra Qorbaçov işini itirir. Onun tərcümeyi-halında titulları, tutduğu vəzifələrin, simvolik desək, sayı-hesabı yoxdur. Ancaq onu indi nə ölkəsində – Rusiyada, nə də SSRİ-nin digər respublikalarında sevmirlər. Azərbaycanda hətta yeni nəsil belə onu nifrətlə xatırlayır.

Bir neçə il əvvəl Rusiyada keçirilən rəy sorğusunda iştirakçıların yalnız 10 faizi Qorbaçovu \\"hörmətlə” xatırladığını deyib. Yerdə qalanlar ya etinasız olub, ya da nifrətlə yad edib.

Qorbaçov isə yaşayır və elədiklərindən məmnundur. Dünyada ən bahalı seminar demiş şəxs kimi tarixə düşüb, öz adına fond yaradıb, 90-cı illərdə qəzet təsis edib və Qərbdə hələ də populyarlığını qoruyub-saxlayır. Hələ Stavrapolda işləyərkən rüşvətxorluğa görə məşhurlaşmış SSRİ-nin ilk və son prezidenti verdiyi geniş müsahibələrdə özünü və fəaliyyət dövründə verdiyi qərarları təmizə çıxarmağa çalışır.

Özünün yazdığı  \\"Həyat və islahatlar” kitabında 20 Yanvar hadisələrinə toxunan Qorbaçov Bakıda baş verən hadisələrə bəraət qazandıraraq hadisələrin bu şəkildə baş verməsinin əsas günahının Dağlıq Qarabağ ətrafında kəskinləşən erməni-azərbaycanlı qarşıdurması olduğunu qeyd edib.

SSRİ-nin son prezidenti yazır ki, Bakıda baş verənlər \\"çox qan axıdılmasının qarşısını almaq üçün” olub. Eyni zamanda, etiraf edib ki, 20 Yanvar hadisələrindən dərs götürüb. Ancaq indi artıq çox gecdir. Həm onun, həm də bizim üçün.

7News.Az

', 'news_read' => '83', 'language_id' => 'az', 'image_index_name' => '2020-01/1579677410_uh.jpg', 'image_view_name' => '2020-01/1579677410_uh.jpg', 'link' => 'http://www.7news.az/az/ssri-nin-uursuz-islahatcisi-ilk-ve-son-prezidenti-tehlil/', 'category_ids' => '2', 'metatags' => array ( 'description' => '20 Yanvar dedikdə, hər kəsin yadına o düşür. Təbii ki, mənfi planda. SSRİ-nin ilk və son prezidenti, 1990-cı yanvarın 20-də baş vermiş Bakı qırğınının müəllifi Mixail', 'keywords' => 'SSRİ, Qorbaçov, sonra, ildə, Bakıda, üçün, Sovet, Kommunist, verən, illərdə, partiya, Mixail, Ancaq, olaraq, Yanvar, prezidenti, seçilib, Partiyası, Stavropol, Qərbdə', ), ), ); ?>