Türkiyənin Bursa şəhərində İznik gölündə iki qardaşın meyiti tapılıb.
Kestel rayonunda kafe işlədən 34 yaşlı Həsən Karacan və 31 yaşlı qardaşı Hüseyn Karacan axşam yaxınlarına intihar edəcəklərini deyiblər.
Uzun müddət onlarla əlaqə saxlaya bilməyən yaxınları bu barədə polisə xəbər veriblər.
Axtarışlardan sonra göldən onların yanaşı cəsədləri tapılıb.
Məlum olub ki, qardaşlar kriptovalyuta ilə bağlı külli miqdarda borca düşüblər və buna görə canlarına qəsd ediblər./olke

7NEWS.Az








