RU
Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi
11:30
267

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edildi

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib.

Baş Prokurorluqdan 7News.Az-a verilən məlumata görə, Azərbaycan vətəndaşı Nəcimətdinov Sədi Həsən oğlu etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq törədib.

S.Nəcimətdinov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilib. Cinayət təqibi orqanından gizləndiyinə görə barəsində beynəlxalq axtarış elan edilib. O, Rusiya Federasiyası ərazisində müəyyən edilərək 2021-ci ilin martında barəsində həbs qətimkan tədbiri seçilib.

S.Nəcimətdinov dekabrın 22-də Rusiyadan Azərbaycana gətirilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ