RU
lombard
Vilayət Eyvazovdan YENİ RƏİS təyinatı
11:30
443

Vilayət Eyvazovdan YENİ RƏİS təyinatı

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin rəisi vəzifəsinə yeni təyinat olub.

7News.Az "Report"a istinadən bildirir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin rəis müavini polis polkovniki Nahid Məmmədzadə nazirliyin Katibliyinin rəisi vəzifəsinə təyin edilib.

DİN-in Mətbuat Xidməti faktı təsdiqləyib.

Qeyd edək ki, daha əvvəl DİN Katibliyinin rəisi polis general-mayoru Səfər Əliyev idi. O, daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib.

7News.Az

Loading...

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ