
Təəssüf ki, elm və təhsil ocağı olmalı olan ali məktəb radikal dini dairələrin Azərbaycan əleyhinə at oynatdığı təxribat poliqonuna çevrilib.
Universitet kampusunda Azərbaycanda uydurma "hicab qadağası” bəhanə edilərək keçirilən aksiya birbaşa Türkiyə dövlətinin xarici siyasətinə və iki ölkə arasındakı dostluğa qarşı yönəlib.

Bu cür aksiyaların arxasında İran mənşəli radikal strukturların və "Hizb ət-Təhrir” kimi keçmişi qaranlıq qüvvələrin durduğu hər kese bəllidir. Bəs Türkiyənin rəsmi dövlət xəttinə zidd olan bu anti-Azərbaycan nümayişinə universitet rəhbərliyi niyə göz yumub?
Burada əsas suallar Rektor Prof. Dr. Kamuran Eronatın üzərinə düşür: Rektor bu təxribata nə üçün icazə verib və şərait yaradıb? Eronat radikal dini qrupların təsiri altındadır, yoxsa burada İranla birbaşa qaranlıq bağlantılardan söz gedir?

Dövlətin strateji maraqlarına və qardaşlıq bağlarına kölgə salan bu özbaşınalığa cavabsız qalınmamalı, Türkiyənin aidiyyəti dövlət organları Dəclə Universitetindəki radikal təşkilatlanmanı və rektorun şübhəli mövqeyini dərhal nəzarət altına almalıdır.








