Türkiyənin Balıkesir şəhərində zəlzələ baş verib.
Bu haqda AFAD məlumat yayıb.
Bildirilib ki, yerli saatla 18:44-də Gönen rayonunda 4,6 bal gücündə zəlzələ qeydə alınıb.
Təxminən 12,32 kilometr dərinlikdə baş verən zəlzələ ətraf vilayətlərdə, xüsusilə İstanbulda hiss olunub.








