Türkiyədə israillilərə sui-qəsd cəhdində ittiham olunan iranlıların həbs müddətinin uzadılması qərara alınıb.Türkiyənin TRT kanalı Türkiyədə israillilərə qarşı sui-qəsd hazırlamaqda günahlandırılan 7 iranlının həbsinə dair orderin uzadıldığını açıqlayıb.
Məlumata görə, İstanbul Cəza Məhkəməsi təqsirləndirilən şəxslərin istintaqını və dindirilməsini başa çatdırmaq üçün həbs qərarını uzadıb.
Vurğulanır ki son həftələrdə həbs edilən daha üç İran vətəndaşı haqqında da həbs qərarı verilib. Qeyd edildiyi kimi, bu şəxslər Türkiyədə İsrail vətəndaşlarını oğurlama və öldürməyə cəhddə ittiham olunurlar. /qaynarınfo
7NEWS.Az








