"Ukraynada müharibə başlayandan bəri Rusiya Silahlı Qüvvələrinin 42 640 hərbçisi məhv edilib".
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 817 tank, 4 076 zirehli döyüş maşını, 964 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 133 hava hücumundan müdafiə sistemi, 223 təyyarə, 193 helikopter, 757 PUA, 185 qanadlı raket, 15 gəmi, 2 993 avtomobil texnikası və avtosistern, 87 xüsusi texnikadan ibarətdir.
Qeyd olunub ki, Rusiya ən çox itkini Donetsk istiqamətində verib.
Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukrayna ərazisinə hərbi müdaxilə edib.








