RU
Ermənistan parlamentinin sədri Rusiyaya gedəcək
15:20
158

Ermənistan parlamentinin sədri Rusiyaya gedəcək

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyaya səfər edəcək.

7News.Az "Sputnik Armenia”ya istinadən xəbər verir ki, o, bu barədə parlamentdə çıxışı zamanı deyib.

A.Simonyan bildirib ki, səfər oktyabrın 9-una planlaşdırılıb. O, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ilə görüşəcək.

Parlament sədri söyləyib ki, səfər zamanı regional və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) daxilindəki məsələlər müzakirə olunacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ