RU
DİM abituriyentlərə müraciət edib
11:13
25

DİM abituriyentlərə müraciət edib

Tovuzun "Turan" qadın voleybol klubunun 2026 - 2027 mövsümündə CEV Çempionlar Liqasında çıxışı ilə əlaqədar olaraq ev oyunlarının baş tutacağı zalın beynalxalq tələblərə uyğunlaşdırılması üçün Tovuz Olimpiya İdman Kompleksində müvafiq işlərin aparılmasına zərurət yaranıb. Bu barədə Dövlət İmtahan Mərkəzi məlumt yayıb. Bu səbəbdən 27 iyun - 2 iyul tarixlərində Tovuz şəhərində keçirilməsi planlaşdırılanqabiliyyət imtahanlarının keçiriləcəyi yer eyni tarixlərdə Göygöl şəhərinin Göygöl Olimpiya İdman Kompleksinə dəyişdirilib. Məkan dəyişikliyi ilə əlaqədar abituriyentlərin (subbakalavrların) imtahana buraxılış vərəqələri yenilənib. İmtahanda iştirak edəcək abituriyentlərdən (subbakalavrlardan) "Qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni yenidən çap etmələri xahiş olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ