RU
Daşkəsəndə yol çökdü
11:49
20

Daşkəsəndə yol çökdü

Daşkəsən rayonunda yağan güclü yağışlar və sel suları nəticəsində yolun bir hissəsində çökmə qeydə alınıb.

7News.Az report-a istinadən xəbər verir ki, Daşkəsən-Əmirvar-Qabaqtəpə avtomobil yolunda sel sularının təsiri ilə iri yarğanlar əmələ gəlib.

Nəticədə yolun bir hissəsi və asfalt örtüyü tamamilə çöküb.

Hadisə yerinə 31 saylı Yol İstismar İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda ərazidə vəziyyət qiymətləndirilir, çökmənin miqyası araşdırılır.

Qeyd olunub ki, yolun bir zolağından istifadə mümkündür. Sürücülərə həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları və aidiyyəti qurumların xəbərdarlıqlarına əməl etmələri tövsiyə olunur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ