RU
24 min sahibkarın vergi borcu silindi
20:01
831

24 min sahibkarın vergi borcu silindi

Nazir əmr imzalayıb.

İllik dövriyyəsi 120 min manatdan aşağı olan sahibkarlıq subyektlərində səyyar vergi yoxlamaları və vergi nəzarəti tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət, habelə dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsi müvəqqəti olaraq dayandırılıb.

7news.az xəbər verir ki, bu barədə Vergilər naziri Fazil Məmmədov əmr imzalayıb.

“Vergi Məcəlləsinə edilmiş son dəyişikliklərə əsasən,əlavə dəyər vergisinin məqsədləri üçün ərizə vermə öhdəliyini yaradan vergi tutulan əməliyyatların həcmi 120 min manatdan 200 min manatadək artırıldığından, 2016-cı il yanvar ayının 1-dən dövriyyəsi 200 min manatadək olan şəxslər də fəaliyyətlərini sadələşdirilmiş vergitutma rejimində davam etdirmək imkanı əldə edəcəklər.

Bu isə həmin vergi ödəyicilərinin vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması ilə yanaşı, həm də vergi nəzarəti tədbirlərindən azad olunan vergi ödəyicilərinin əhatə dairəsini xeyli artıracaq”, - deyə nazirlikdən qeyd edilib.

Bundan başqa, nazirlikdən bildirilib ki, ölkəmizdə daha əlverişli biznes mühitinin formalaşması və sahibkarların, xüsusilə də kiçik və orta sahibkarların vergi borclarının ləğv edilməsində onlara köməklik göstərilməsi məqsədilə başa çatmaqda olan cari ilin son ayı ərzində vergi orqanlarında aparılmış hərtərəfli araşdırmalar nəticəsində vergi ödəyicilərinin çoxu yaranmış vergi borclarını büdcəyə ödəmiş, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq bir sıra vergi ödəyicilərinin borcları azaldılmış, 24 minə yaxın vergi ödəyicisinin əsasən kiçik məbləğlərdə olan borcları isə tamamilə ləğv edilib.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ