RU
GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: 289 minlik tenderi niyə ləğv edilib?
16:43
20

GDU-nun samovar və çaynik almaq planı baş tutmadı: 289 minlik tenderi niyə ləğv edilib?

Gəncə Dövlət Universitetinin keçirdyi tenderin nəticəsi ləğv edilib.

Müxtəlif avadanlıqlar almaq üçün keçirilən tenderən ləğvinə səbəb iştirakçı sayının kifayət qədər olmaması göstərilib.

Qeyd edək ki, müsabiqənin dəyəri 289 min 395 manat göstərilib. Həmin pulla GDU rəhbərliyi bir sıra "avadanlıqlar” almaq fikrində olub.

Açıq mənbələrdə qeyd edilir ki, univeristet təhbərliyi 30 ədəd monoblok, 50 ədəd Notebook, 3 ədəd rəngli printer, 5 ədəd ağıllı lövhə, 10 ədəd proyektor, 1 ədəd kamera nəzarət sistemi, 1 ədəd laminator, 10 ədəd elektrik samovar, 10 ədəd elektrik çaynik, 3 ədəd su, 4 ədəd fontan üçün nasos, 5 ədəd su dispenseri, 10 ədəd sərinkeş və daha bir neçə mal və məhsul alacaqmış.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ