3 il əvvəl qızı evdən qaçan ana - "Utandığımdan nə edəcəyimi bilmirəm"

3 il əvvəl qızı evdən qaçan ana -
Qadın qızının hərəkətlərindən aciz qaldığını dedi

3 il bundan öncə qızı evdən qaçan ana Azərbaycan Uşaq Birliyinə gələrək kömək istəyib.

7News.Az aznews.az-a istinadən xəbər verir ki, bu barədə Birliyin sədri Kəmalə Ağazadə məlumat verib:

"Dedilər ki, sığınacağa qadın gəlib. Getdim yanına, eşitdiklərimdən dəhşətə gəldim. Qadın "Heç kimə də heç nə deyə bilmirəm... Harda yalnışlıq etmişəm? Eyni tərbiyəni hər 3 övladıma vermişəm. Təkcə biri naxələf çıxıb. 3 ildir utandığımdan, biabırçılıqdan nə edəcəyimi bilmirəm... 3 il öncə evdən getdi...Nəyi çatmırdı? Niyə o biri bacı-qardaşında problem olmadı, elə bunda oldu? Atası da xəcalətindən nə yerdədir, nə göydə. Yalvardım, ağladım, qızıma "Qayıt gəl" dedim. Dedi, "Üzüm yoxdu qayıtmağa". Geri yığdım, nömrəsini bağlamışdı artıq. Kəmalə xanım, işləyirəm, kifayət qədər nüfuzlu bir kollektivdəyəm, xəcalətimdən heç kimə heç nə deyə bilmirəm. Yəqin siz də məni qınayacaqsınız. Amma bağışlayın məni, əlimdən heç nə gəlmir" dedi".
 

7News.Az

Xəbər lenti