RU
3 yaşlı oğlunu atıb qaçan ana oteldən tapıldı: Barda ofisiant işləyirmiş - FOTO
15:18
459

3 yaşlı oğlunu atıb qaçan ana oteldən tapıldı: Barda ofisiant işləyirmiş - FOTO

Bursada oğlu Hamzanı ticarət mərkəzində qoyub qaçan ana oteldə tapılıb. 

 3 yaşlı uşağını ticarət mərkəzinə qoyub qaçan 31 yaşlı Qamzə Nur.E polislər tərəfindən saxlanılıb. 

Araşdırmalar zamanı onun barlarda ofisiant işlədiyi və 1 il öncə də uşağı qoyub qaçdığı ortaya çıxıb.

Qeyd edək ki, Qamzə Nur.E 3 yaşlı oğlunun cibinə məktub qoyaraq ticarət mərkəzində buraxıb qaçmışdı. 

Qadın məktubda uşağın adının Həmzə, anasının isə Qamzə olduğu və çətin vəziyyətdə olduğunu və uşağa baxa bilmədiyini bildirib: "Başqa çıxış yolum yox idi. Mən heç özümə baxa bilmirəm. Tək çarəm bu idi. Tək başıma bu qədər edə bildim. Ona görə də istəmirəm uşağım da mənim kimi pərişan olsun”. 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ