RU
36 yaşlı kişi bir ay 15 yaşlı məşuqəsinin dolabında YAŞADI - Cəzası AĞIR OLDU
17:10
501

36 yaşlı kişi bir ay 15 yaşlı məşuqəsinin dolabında YAŞADI - Cəzası AĞIR OLDU

ABŞ-ın Luiziana ştatından olan 36 yaşlı Conatan Rossmoyn yetkinlik yaşına çatmamış qızla cinsi əlaqədə olduğu üçün 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə "Fox10 Phoenix" yazır.

 

Belə ki, 2020-ci ilin sentyabr ayında Florida ştatının Ernando şəhərində 15 yaşlı məktəbli qızın valideynləri övladlarının yataq otağındakı dolabda kişinin olduğunu aşkarlayaraq dərhal polisə xəbər veriblər.

Polisə ifadəsində Rossmoyn yeniyetməylə cinsi əlaqədə olmaq üçün bir neçə dəfə Luizianadan Ernandoya gəldiyini etiraf edib.

O, bir aya yaxın məşuqəsinin otağında yaşadığını və qızın valideynləri evə gəldikdə dolabda gizləndiyini də boynuna alıb.

Rossmoyn evin qarşısında saxladığı furqonda dəfələrlə qızla cinsi münasibətdə olub.

Məlum olub ki, qız onunla onlayn tanışlıq proqramı vasitəsi ilə tanış olub və yalandan 18 yaşında olduğunu deyib. Qızın əsl yaşını kişi canlı görüş zamanı öyrənib.

Şahidlərin sözlərinə görə, məktəbli qız həmin şəxsi ətrafdakılara özünün sevgilisi kimi təqdim edib.

Rossmoyna qarşı cinayət işi açılıb və ona 15 il müddətinə həbs cəzası verilib. Bundan əlavə, Conatan azadlığa çıxdıqdan sonra 10 il şərti azadlıqda olacaq və ömürlük olaraq cinsi toxunulmazlıq əleyhinə cinayət işləmiş şəxslərin siyahısında saxlanılacaq.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ