Moskva yaxınlığındakı İstra şəhərindəki müvəqqəti saxlama istintaq təcridxanasından 5 nəfər qaçıb.
İstintaq Komitəsinin Moskva bölgəsi başçısının sözçüsü Olga Vradiyin sözlərinə görə, hadisə təxminən səhərə yaxın 4-5 radələrində baş verib. O bildiirb ki, qaçanlar qapı kilidlərini "müvəqqəti saxlama təcridxanasında dövriyyəsi qadağan olunmuş əşyalardan istifadə etməklə" açıblar: "Çox güman ki, açarla...”.
Qaçaqlardan biri iş adamı Vladimir Maruqovu öldürməkdə təqsirli bilinən Aleksandr Mavridi, digər dördü isə oğurluqda ittiham olunan şəxslərdir.
Hazırda təxridxanadan qaşanlaırn saxlanması istiqamətindəəməliyyat tədbirləri həyata keçirilir./olke
7NEWS.Az








