Qusarda 5 yaşlı qızın zəhərləyərək qətlə yetirməkdə təqsirləndirilən Gülnarə Saypullayevanın cinayət işi üzrə məhkəmə başlayıb.
7news.Az Lent.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid Vahid Babayev ifadə verib.
Qusar rayon sakini olan V.Babayev bildirib ki, eyni kənddə yaşayıblar və qohumdurlar: "Uşağın atası zəng edib dedi ki, belə bir şey olub. Onu deyə bilərəm ki, bu qadın qızını döyürdü. Hətta uşağı internata vermək fikri varıydı"
Təqsirləndirilən şəxs isə buna etiraz edib və söyləyib ki, deyilənlər yalandır: "Qızımı heç vaxt döyməmişəm".
Şahid V.Babayev G.Seyfullayevanı ittiham edib: "Sən uşağı qəsdlə öldürmüsən. Düzünü etiraf elə".
G.Seyfullayeva şahidin bu sözlərinə qəzəblənib və uşağını öldürmədiyini bir daha təkrarlayıb.
Vəkilin suallarını cavablandıran V.Babayev əlavə edib ki, G.Seyfullayevanın anası onu məcbur edib ki, 5 yaşlı Luizanı internat evinə versin.
Növbəti məhkəmə iclası noyabrın 1-nə təyin edilib.
7news.Az







