7 dəfə ölümdən döndü və lotereyada 1 milyon dollar udaraq varlandı
7News.az xəbər verir ki, xorvatiyalı Frane Selak qatar və avtobus qəzaları, təyyarədən yıxılma, avtomobilin yanması və uçurumdan yuvarlanma kimi çoxsaylı fəlakətlərdən sağ çıxaraq dünyanın ən şanslı insanı kimi tanındı. Yeddi dəfə ölümdən döndüyü deyilən Selakın bəxti nəhayət lotereyada da gətirdi və o, təxminən 1 milyon dollar məbləğində mükafat qazandı.