RU
Ombudsman aparatında yoxlama - 12 min manat maaş məsələsi gündəmdə
15:10
20

Ombudsman aparatında yoxlama - 12 min manat maaş məsələsi gündəmdə

Hesablama Palatası İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) aparatının və regional mərkəzlərinin dövlət vəsaitindən və digər dövlət əmlakının istifadə etməsi ilə bağlı yoxlamalar aparıb.

Bu barədə Palatadan bildirilib.

Məlumata görə, bu barədə qurumun sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilmiş geniş tərkibdə Kollegiya iclasında məlumat verilib.

Müzakirələrin yekununda auditor hesabatının təsdiq edilməsi, həmçinin aşkar olunmuş nöqsanların aradan qaldırılması məqsədilə Ombudsmanın zəruri tədbirlər görməsinə dair qərarlar qəbul olunub.

Xatırladaq ki, hazırda İnsan Hüquqları üzrə Müvəkkil Səbinə Əliyevadır. O, Palatanın tabeliyində olduğu Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır. Ötən gün parlament İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) aylıq vəzifə maaşının 12 min manat müəyyən edilməsini təsdiqləyib (əvvəl 3 060 manat təşkil edirdi).
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ