Norveçdə 77 nəfəri qətlə yetirdiyinə görə 21 il həbs cəzası alan və əvvəldən saxlanma şəraitindən şikayətlənən sağçı Breyvik Norveç dövlətini yenidən məhkəməyə verib.
7NEWS.az xəbər verir ki, Breyvik 2012-ci ildə məhkum olunduqdan sonra şəxsi kamerada saxlanılır və onun vəkili Oystein Storrvik bildirib ki, ona digər məhbuslarla ünsiyyətə icazə verilmir. Norveçin NTB xəbər agentliyinə danışan Storrvik bildirib ki, müvəkkili bu ilin əvvəlində başqa həbsxanaya köçürülüb, lakin insanlarla təmasda vəziyyət dəyişməyib. Müvəkkili Breyvik-in ancaq mühafizəçilərlə danışa bildiyini deyən Storrvik bunun insan hüquqlarının pozulması olduğunu vurğulayıb.
7NEWS.az








