RU
Ağ Ev: Baydenlə Ərdoğan görüşəcək
19:00
54

Ağ Ev: Baydenlə Ərdoğan görüşəcək

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan NATO-nun liderlər zirvəsinin keçiriləcəyi Madriddə ABŞ Prezidenti Cozef Baydenlə görüşəcək.

Bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.

Sallivan qeyd edib ki, görüşdə Türkiyənin Finlandiya və İsveçin NATO-ya üzvlüyünə etirazı müzakirə ediləcək.

NATO Zirvə toplantısında bütün problemlərin həllinin mümkün olmadığını bildirən Sallivan Türkiyənin narahatlığına baxmayaraq, iki ölkənin NATO-ya üzvlüyü ilə bağlı bəzi problemlərin həlli üçün səy göstəriləcəyini bildirib./report
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ