RU
ABŞ 24 rus diplomatının sentyabrın 3-dək ölkəni tərk etmələrini tələb edib
23:40
1435

ABŞ 24 rus diplomatının sentyabrın 3-dək ölkəni tərk etmələrini tələb edib

ABŞ səlahiyyətliləri sentyabrın 3-dək 24 rusiyalı diplomatın siyahısını Rusiya səfirliyinə təhvil verib.

Bu barədə Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov "National Interest" jurnalına müsahibəsində deyib.

Səfir diplomatların ölkədən çıxarılmasına səbəb kimi onların viza müddətinin bitməsini göstərib:

"Vaşinqton birdən-birə viza prosedurlarını sərtləşdirdiyindən, demək olar ki, diplomatlarımızın hamısı Rusiyaya dönəcək”.

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ