RU
ABŞ 4 əfqana terrorizmə görə sanksiya tətbiq etdi
00:40
1272

ABŞ 4 əfqana terrorizmə görə sanksiya tətbiq etdi

ABŞ dörd Əfqanıstan vətəndaşını terrorizmə görə sanksiyalar siyahısına əlavə edib.

7NEWS.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Xəzinədarlıq Departamenti məlumat yayıb.

Bildirilir ki, Sultan Əziz Əzəm, Sənaullah Səfəri, İsmətullah Xalozai və Molavi Rəcəb adlı əfqanlar sanksiya siyahısına daxil edilib.

 

Maliyyə Nazirliyinin məlumatına görə, Xalozai İŞİD-in bir qolu olan "Xorasanda İslam Dövləti” ilə əlaqəlidir. O, Türkiyədəki pul köçürmələri firmasının və BƏƏ-dəki biznesin köməyi ilə qrupu maliyyələşdirib. Bundan əlavə, o, Əfqanıstandan Türkiyəyə terrorçu kuryerlərin nüfuz etməsinə kömək etməkdə şübhəli bilinir.

Daha üç Əfqanıstan vətəndaşı da "Xorasanda İslam Dövləti” ilə şəriklikdə ittiham olunur.

 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ