ABŞ-ın Florida ştatının Sörfsayd şəhərində uçmiş binanın dağıntıları altından daha 4 nəfərin meyiti tapılıb.
Bununla da ölənlərin sayı 94 nəfərə yüksəlib. Onlardan 84-nün şəxsiyyəti müəyyənləşib. Daha 22 nəfərin axtarışları isə davam etdirilir. Ümumilikdə 222 nəfərin taleyi məlumdur.
Qeyd edək ki, Sörfsaydda bina iyunun 24-də çöküb./qafqazinfo
7NEWS.Az








