RU
Rusiyada neft emalı zavoduna dron hücumu olub, ölən və yaralananlar var
12:00
30

Rusiyada neft emalı zavoduna dron hücumu olub, ölən və yaralananlar var

Rusiyanın Novokuybışevsk Neft Emalı Zavodu və Qorkiy Neft Nəqli Stansiyası pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.

"İnterfaks"ın məlumatına görə, Novokuybışevsk şəhərində müəssisələrə edilən hücum nəticəsində azı bir nəfər ölüb, xəsarət alanlar var.

PUA qalıqlarının yaşayış binasının damına düşdüyü bildirilir. Hadisə ilə bağlı operativ qərargah yaradılıb.

Zərbəyə məruz qalmış regionun ən iri neft emalı müəssisələrindən olan Novokuybışevsk Neft Emalı Zavodu "Rosneft” qrupuna daxildir və ildə 8–9 milyon ton neft emalı gücünə malikdir.

Bundan əlavə, Nijniy Novqorod vilayəti ərazisində yerləşən Qorkiy Neft Nəqli Stansiyası "Transneft” sisteminə daxildir və əsas neft nəqli obyektlərindən biri hesab olunur.

Həmçinin, Samara vilayətində yerləşən Novokuybışevsk Neft-Kimya Zavodunda da dron hücumu nəticəsində yanğın baş verdiyi bildirilib.

Hadisənin təfərrüatları və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ