ABŞ-da elektron siqaretlərin satışına qadağa qoyulur
7News.az xəbər verir ki, Kaliforniya qubernatoru Qevin Nyusom birdəfəlik istifadə olunan elektron siqaretlərin səbəb olduğu ətraf mühit çirklənməsi ilə bağlı yeni bir icra sərəncamı imzalayıb. Ştatda batareya ilə işləyən elektron siqaretlərin istehsalı və idxalı 2027-ci il yanvarın 1-dən, pərakəndə satışı isə 2028-ci il yanvarın 1-dən etibarən qadağan ediləcək.