7News.az xəbər verir ki, ABŞ-ın UCLA universitetində aparılan klinik tədqiqatda xroniki yuxusuzluqdan əziyyət çəkən, yaşı 60 və daha çox olan təxminən 100 nəfər iki il ərzində müşahidə olunub. Koqnitiv-davranış terapiyası alanlarda bioloji qocalma prosesi ləngidiyi halda, yalnız yuxu ilə bağlı ümumi məlumatlandırma alan qrupda bu proses sürətlənib.








