RU
ABŞ-da Milad paradı faciə ilə bitdi: 30 nəfər yaralanıb, həlak olan var - VİDEO
12:20
163

ABŞ-da Milad paradı faciə ilə bitdi: 30 nəfər yaralanıb, həlak olan var - VİDEO

ABŞ-ın Viskonsin ştatında hələlik adı açıqlanmayan afroamerikalı Milad paradında idarə etdiyi avtomobili izdihamın üzərinə sürüb, daha sonra isə insanlara atəş açmağa başlayıb.

Nəticədə azı 30 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, bir nəfərin həlak olduğu bildirilir.

Yaralılardan yeddi nəfərin vəziyyətinin kritik olduğu qeyd olunur.

 

Artıq polis hücumu həyata keçirən şəxsi saxlayıb.

İlkin məlumata görə, onun 37 yaşı var. Cinayətkar əvvəllər məişət zorakılığı və qanunsuz odlu silah saxlamaq ittihamları ilə məhbus həyatı yaşayıb.

Mənbə: WISN12

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ