RU
ABŞ-da təyyarə qəzası: 3 nəfər öldü
11:30
185

ABŞ-da təyyarə qəzası: 3 nəfər öldü

ABŞ-ın Holl dairəsində (Corciya ştatı) birmühərrikli təyyarə qəzaya uğrayıb.

7News.Az-ın verdiyi məlumata görə, qəza nəticəsində 3 nəfər həlak olub.

Məlumata əsasən, Qeynsvil aeroportundan havaya qalxan təyyarə Deytona-Biç şəhərinə uçurmuş. Qəza yerinə gələn xilasedicilər hadisə yerində 3 nəfərin meyitini aşkarlayıblar.

Bildirilir ki, yanacaq sızması səbəbindən qəza yerinin yaxınlığında yerləşən bir yaşayış evinin sakinləri təxliyyə edilib.

Qəzanın səbəbi barədə məlumat verilmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ