Xarici səyahətçilərin COVID-19 peyvəndi vurulmadan ABŞ girişi qadağan olunacaq.
7News.Az "Reuters”ə istinadla xəbər verir ki, Bayden administrasiyası əcnəbi turistlər üçün tam vaksinasiya məcburiyyəti tətbiq etməyi planlaşdırır. Bu plana əsasən, yalnız koronavirus əleyhinə peyvəndin hər iki dozası vurulmuş şəxslərin ABŞ-a girişinə icazə veriləcək.
Birləşmiş Ştatlar öz sənayesini və turizmi canlandırmaq üçün ölkə daxilində COVID-19 məhdudiyyətlərini tədricən ləğv etmək niyyətindədir, ancaq Bayden administrasiyası növbəti virus dalğa ilə üzləşməmək üçün əlavə təbirlər görməyi nəzərdə tutur.








