"Avropanın təhlükəsizliyinin üzərində qurulan təməl prinsiplərdən heç bir güzəştə getməyəcəyik".
Bunu Ağ Evin sözçüsü Cen Psaki deyib.
O bildirib ki, Rusiyanın ABŞ və NATO-ya təqdim etdiyi təhlükəsizlik təkliflərini avropalı müttəfiqləri və tərəfdaşları ilə müzakirə ediblər.
Psaki əlavə edib ki, ABŞ uzun illərdir Rusiya ilə strateji narahatlıqlarını müzakirə edir:
"Hazırda problemlərin həlli üçün diplomatik yola getməmək üçün heç bir səbəb yoxdur”./qafqazinfo
7NEWS.Az








