"Tehran Hörmüz boğazı vasitəsilə hərəkət edən gəmilərdən alınan keçid rüsumları ilə bağlı Rusiya və bəzi digər ölkələr üçün xüsusi güzəştlər nəzərdə tutub".
Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali "RİA Novosti"yə açıqlamasında bildirib.
"Gələcəkdə vəziyyətin necə dəyişəcəyini deyə bilmərəm. Lakin hazırda Xarici İşlər Nazirliyimiz Rusiya kimi müttəfiq dövlətlər üçün mövcud olan istisnalardan istifadə etməyə səy göstərir", - deyə, diplomat rüsumlar barədə verilən suala münasibət bildirərkən vurğulayıb.








