RU
ABŞ-də DÇ-2026 zamanı insan alverinə qarşı əməliyyat: 900-dən çox şəxs saxlanılıb
17:00
19

ABŞ-də DÇ-2026 zamanı insan alverinə qarşı əməliyyat: 900-dən çox şəxs saxlanılıb

ABŞ Daxili Təhlükəsizlik Departamentinin (DHS) əməkdaşları iyun və iyul aylarında keçirilən Dünya Çempionatı zamanı insan alverində şübhəli bilinən 900-dən çox şəxsi həbs ediblər.

"Fox News" bu barədə departamentin sözçüsünə istinadən məlumat yayıb.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları turnirin təhlükəsizliyini təmin etmək və mütəşəkkil cinayətkar qrupları müəyyən etmək məqsədilə bir sıra əməliyyatlar keçirib.

Həyata keçirilən bu tədbirlər nəticəsində DHS əməkdaşları insan alverçilərinin qanunsuz olaraq saxladığı 180-ə yaxın qurbanı xilas etməyə nail olub. Bildirilir ki, azad edilənlərin 30 nəfəri yetkinlik yaşına çatmayan şəxs olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ